PKK terrorçuları Diyarbakır hava limanına hücum edib

PKK terrorçuları Diyarbakır hava limanına hücum edib
28 Avqust 2016
Mətni dəyiş
Diyarbakır hava limanında polis nəzarət məntəqəsinə PKK-lı terroristlər tərəfindən raket zərbələri endirilib.
Əldə edilən ilkin məlumatlara görə, raket güllələri boş əraziyə düşüb, ölən və yaralanan olmayıb.
Hücumun ardından bölgəyə əlavə polis qüvvələri cəlb olunub. Havalimanına gedən yolları bağlayan polislərin bölgədə geniş miqyaslı əməliyyat-axtarış tədbirlərinə başladığı bildirilir.
Qeyd edək ki, sərnişinlər, aeroportun işçiləri təhlükəsizlik səbəbi ilə olay yerindən təxliyə olunub və müvəqqəti olaraq havalimanında uçuşlar dayandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun