PKK Kılıçdaroğluna təşkil edilən hücum ilə Çevik Polis İdarəsinin partladılmasında məsuliyyəti üzərinə götürüb

PKK Kılıçdaroğluna təşkil edilən hücum ilə Çevik Polis İdarəsinin partladılmasında məsuliyyəti üzərinə götürüb
26 Avqust 2016
Mətni dəyiş
PKK terror təşkilatı dünən Türkiyənin Artvin şəhərində CHP lideri Kemal Kılıçdaroğlunun avtomobil karvanına təşkil edilən hücum ilə bu gün Cizre bölgəsində 11 polisin şəhid olduğu, 75-i polis 78 nəfərin yaralandığı partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Terror təşkilatı, dünən Artvində baş verən olayda hədəflərinin Kılıçdaroğlu olmadığını açıqlayıb.
Məlumata görə, ərazidən keçən avtomobil karvanının hərbçilərə aid olduğu zənn edilərək silahlı hücum təşkil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun