PKK-dan növbəti hücum: Türkiyə 2 şəhid verdi

Hakkarinin Şəmdinli mahalına bağlı Dərəcik bölgəsində əvvəlki gün başlayan silahlı qarşıdurmalar hələ də davam edir.
Bu gün PKK silahlılarının hücumundan sonra 2 türk əsgəri şəhid olub.
Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat zamanı isə 10 terrorist zərərsizləşdirilmişdi.
Hadisə yerinə əlavə qüvvələr cəlb edilib, bölgədə əməliyyatlar davam edir.