Ölkə ərazisində isti havalar davam edəcək

Ölkə ərazisində isti havalar davam edəcək
23 Avqust 2016
Mətni dəyiş
Avqustun 24-də Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  21-25° isti, gündüz  31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz  25-35% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 18-23° isti, gündüz  34-39°, dağlarda gecə 14-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun