Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib

Natiq Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib
17 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə məlumat verən vəkil Cavad Cavadlı deyib ki, məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib.
Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun