Natiq Cəfərli: "Kimi axmaq sayırlar?"

Natiq Cəfərli: "Kimi axmaq sayırlar?"
13 Avqust 2016
Mətni dəyiş
Avqustun 12-də həbs edilən iqtisadçı ekspert suyun bahalaşmasını əsaslandıran "Azərsu" ilə razılaşmışdı
"Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində pulu vəhşicəsinə yedilər"
Su və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması yoxsul və aztəminatlı ailələrin dövlətdən ünvanlı sosial yardım alma imkanlarını daha da məhdudlaşdırıb.
“Kəmərin mayasına pul vermişiniz ki?!”
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında bəzi ölkələrdə suyun maya dəyərinin çox aşağı olmasına diqqət çəkib:
“Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".
Ekspert Natiq Cəfərli Azərbaycanda suyun maya dəyərinin yüksək olması fikrini qəbul etmir:
azərsu
“Kimi axmaq sayırlar? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində pulu vəhşicəsinə yedilər. Bir milyard dollar Neft Fondunun vəsaiti, yəni dövlət vəsaiti hesabına kəmər çəkildi, 264 km-lik yolda su yuxarıdan aşağıya öz axarıyla gəlir. Kəmərin mayasına pul vermisiniz ki, buna görə qiymət qaldırırsınız?! Yəni, dünənədək su kəmərlə ucuz gəlirdi, bu gün mayası artdı?!”.
“Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir”
N. Cəfərli Kür kəmərinin sovet dönəmində çəkildiyini xatırladır və deyir:
“Bu kəmər öz mayasını dəfələrlə çıxarıb. Bu nə məntiqsiz izahdır?! Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir. Niyə demirlər ki, yarıtmaz idarəçilik sisteminə malik qurumuq, bacarıqsız ve korrupsionerik?! Son 3-4 ildə 100-ə yaxın bahalı maşın alıblar. Yaxşı, şirkətin maliyyə vəziyyəti pisdirsə, niyə alırdınız o maşınları?! Açıq deyin ki, borcları vətəndaşın cibindən çıxartmaq üçün qiymətləri qaldırdıq”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun