Natiq Cəfərlinin apellyasiya şikayətinə qapalı baxılacaq

Natiq Cəfərli
REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix bəlli olub.
Bu barədə açıqlama verən Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Vəkil prosesin qapalı keçiriləcəyini əlavə edib.
N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.