Müəllimlərdən təhsil nazirinə açıq məktub: "Vakant yerlərin hamısı elan olunsun"

Müəllimlərdən təhsil nazirinə açıq məktub: "Vakant yerlərin hamısı elan olunsun"
1 Avqust 2016
Mətni dəyiş
Bir qrup müəllim təhsil sistemindəki problemlərlə bağlı saytımıza müraciət ünvanlayıb. Onlar müəllimlərin iş tapmamağından narazılıqlarını bildirirlər. Problemlər bağlı təhsil naziri Mikayıl Cabbarova açıq məktub yazıblar. Həmçinin onlar əsasən Gəncə, Sumqayıt, Qazax və Qəbələ regionlarında bir dənə də olsa vakant yerin ayrılmamğından şikayətçidirlər.
Nazirə açıq məktubda müəllimlər xahiş edirlər ki, vakant yerlərin məktəb direktorları və rayon təhsil şöbələri tərəfindən gizlədilməsinə mane olsunlar: "Hər bir millətin gələcəyi gənclərdən və gəncləri təlim-tərbiyə edən müəllimlərdən asılıdır. Buna görə də həm müəllimlərə, həm də gələcək nəslin təhsilinə məsuliyyətlə yanaşılmalı, qayğı göstərilməlidir. Hər il minlərlə tələbə müəllim adını qazanır. Hər birimiz əziyyətlə təhsilimizi başa vururuq, hər il müəllimlərin işə qəbul imtahanında iştirak edirik, yüksək nəticə göstəririrk, lakin ixtisasımıza uyğun iş yeri ilə təmin olunmuruq".
Müəllimlər bildirirlər ki, elan olunmuş vakant yerlərin sayı çox azdır və onlar direktorlar, rayon təhsil şöbələri tərəfindən gizlədilir: "Bizim haqqımız olan yerlərə savadsız, işini, ixtisasını bilməyənlər işə götürülür. Biz Təhsil Nazirliyindən xahiş edirik ki, təhsil sahəsində, müəllimlərin işə qəbul olunmasında əsas olan vakant yerlərin gizlədilməsini aşkar etsin və həmin yerləri "vakant yer seçimi"nə buraxılsınlar".
Həmçinin şikayətçilər imtahanda 70-80% nəticə göstərən müəllimlərin işsiz qalması və bunun əvəzində savadsız, imtahan verməyən kadrların hansısa yolla işə qəbul olunmasının nə dərəcədə doğru olduğunu deyirlər:  "Ümid edirik, təhsilin və millətin gələcəyini düşünən bir şəxs kimi bizim şikayətlərimizi qəbul edər, müəyyən tədbirlər görərsiz. Bizlər pedoqoji qabiliyyətimizə və savadımıza güvənib imtahan vermişik və boş yerlərin vakansiyaya çıxarılmasını tələb edirik!"
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun