MSK tərəfindən xüsusi broşüralar hazırlanacaq

MSK tərəfindən xüsusi broşüralar hazırlanacaq
4 Avqust 2016
Mətni dəyiş
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüraların hazırlanıb ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.
Bu haqda məlumatı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov qeyd edib ki, bu, seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq.
İclasda həmçinin seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq müvafiq qərarlar verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun