Mehman Hüseynov və iki nidaçı polis tərəfindən saxlanılıb - Yenilənir

Mehman Hüseynov və iki nidaçı polis tərəfindən saxlanılıb - Yenilənir
29 Avqust 2016
Mətni dəyiş
Ən son məlumatlar yazının yuxarı hissəsində. 
Saat 23:10
12-ci polis bölməsindən nidaçı Elçin Şərifzadə sərbəst buraxılıb. Sonra isə siyasi fəal Samir Əsədli polislər tərəfindən saxlanılıb. Polislər bildiriblər ki, hadisə yerində olduğuna görə ondan izahat alınmalıdır.
Saat 22:30
Jurnalist, blogger Mehman Hüseynov və nidaçılar Məsud Əsgər, Elçin Şərifzadə polis tərəfindən saxlanılıb. 
Bu barədə saytımıza nidaçı Məsud Əsgər bildirib. Mehman Hüseynov Sabunçu xəstəxanasında video çəkərkən mühafizəçilər tərəfindən fotoaparatı əlindən alınıb və xəstəxanaya polis çağırılıb.
Bir vətəndaş xəstəxanaya gətirilib və həkimlər naməlum səbəbdən xəstəyə baxmır. Jurnalist xəstəxanada baş verən bu hadisəni, həkim biganəliyini çəkirmiş. Ona görə mühafizəçilər tərəfindən saxlanılıb.
Hazırda Mehman Hüseynov, Məsud Əsgər və Elçin Şərifzadə 12-ci polis bölməsindədir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun