Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
30 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasından verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 mln. 714 min 500 manat təşkil edib.
Sifarişlər 96.3512 manat (15.4003%) və 97.9200 manat (8.6383%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97.6234 manat (9.9001%) orta ölçülmüş qiyməti 97.7580 manat (9.3265%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.08.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edilib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi  29.11.2016-cı ildir.
İstiqrazların tədavül müddəti –  91 gündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun