Məhkəmə Fətullah Gülənin həbsinə qərar verib

Məhkəmə Fətullah Gülənin həbsinə qərar verib
5 Avqust 2016
Mətni dəyiş
İstanbulda məhkəmə Türkiyədə baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin həbsinə qərar verib, media xəbər verir.
Qərarda cənab Gülen “15 iyul çevrilişə cəhdi təşkil etməkdə” ittiham edilir, dövlətə məxsus Anadolu xəbər agentliyi məlumat verir. Türkiyə dəfələrlə ABŞ-dan cənab Gülenin ekstradisiya olunmasını istəyib. Fethullah Gülen bütün ittihamları rədd edir.
Türkiyə çevrilişə cəhddə şübhəli bildiyi hər kəsə qarşı ağır təqibləri həyata keçirir, xüsusilə isə din xadiminin tərəfdarlarına qarşı. On minlərlə dövlət qulluqçusu işdən kənarlaşdırılıb, bir çoxunun isə pasportları ləğv edilib. Orduda da böyük dəyişiklər həyata keçirilib.
Buna da bax: Gülen Hərəkatı nədir və nəyə nail olmağa çalışır? 
Təxminən 18000 insanın saxlandığı və ya həbs edildiyi bildirilir. Prezident Recep Tayyip Erdoğan həmçinin cənab Gülenlə əlaqəsi olan bizneslərlə də mübarizə aparacağını bildirib. Türkiyədə çevrilişə cəhd zamanı 270-dən çox insan həlak olub.
Cənab Gülen ABŞ-ın Pennsylvania ştatında mühacirət həyatı yaşayır. Türkiyə hələ ki, onun ekstradisiyası ilə bağlı rəsmi müraciət etməyib. ABŞ bildirib ki, belə bir müraciət olunarsa nəzərdən keçiriləcək.
ABŞ həmçinin din xadiminin çevriliş cəhdində iştirakına dair dəlillər istəyib. Türkiyə bu cür sübutların təqdim olunduğunu bildirir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun