Kemal Kılıçdaroğlunun avtomobil karvanına atəş açılıb - VİDEO

Kemal Kılıçdaroğlunun avtomobil karvanına atəş açılıb - VİDEO
25 Avqust 2016
Mətni dəyiş
Türkiyənin ana müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlunun avtomobil karvanına hücum olub.
Artvin şəhərinə yola düşən Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin avtomobil karvanının hərəkəti vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb. Yol kənarında pusqu qurulduğunu görən polis həmin nöqtəyə atəş açmağa başlayıb. K. Kılıçdaroğlu isə avtomobildən düşməyib və əvvəlcə mühafizəçiləri tərəfindən əhatəyə alınıb, sonra isə ərazidən uzaqlaşdırılıb.
K. Kılıçdaroğlunun müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının keçidi əsnasında polis ilə terrorçular arasında atışma baş verdiyini söyləyib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun