Kəlantəri: Urmiya gölünün 540 min hektarının canlandırılması mümkün deyil

Kəlantəri: Urmiya gölünün 540 min hektarının canlandırılması mümkün deyil
4 Avqust 2016
Mətni dəyiş
Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi İsa Kəlantəri gölün quruması ilə bağlı açıqlama verib: “Cığatuçayının (Zərinerud) Urmu gölünə daxil olduğu məntəqənin şərq tərəfində 100 min hektar və islami adanın şərq tərəfində 440 min hektarın yenidən canlandırılması mümkün deyil.”
İ.Kəlantəri deyib ki, “Cığatuçayın çöküntüləri və mənfi yamacın yaranması səbəbindən gölün bu hissəsi canlandırıla bilməz. Ona görə də, Cığatuçayı və Tatauçayı buxarlanmamaq üçün birləşdirilib və gölün bu hissəsi vəhşi həyat parkına çevriləcək.”
İranda səhraşünaslıq elminin yaradıcısı kimi tanınan Pərviz Kərduvanının də bundan əvvəlki bənzər açıqlamalarını nəzərə aldıqda belə məlum olur ki, İran rejimi artıq Urmu gölünün quruması ilə razılaşıb və bunun üçün əhali arasında psixoloji zəmin yaradır.
P.Kərduvanı bir müddət əvvəl bu sözlərlə rejimin siyasətini bəyan etmişdi: “Urmu gölü xəstədir və heç bir şəraitdə dirçəlməyəcək. İranın bugünkü iqtisadi durumunda, canlandırılması mümkün olmayan bir gölə vəsait xərcləmək milli iqtisadiyyata xəyanətdir”.
İqtisadi durumu getdikcə yaxşılaşan İran hökümətinin Urmiya ilə bağlı hansı planlama edəcəyi isə Cənubi Azərbaycanlılar tərəfindən böyük maraqla gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun