Jurnalist Pərviz Həşimli polisə aparılıb

Jurnalist Pərviz Həşimli polisə aparılıb
18 Avqust 2016
Mətni dəyiş
“Gününsesi.info” saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb.
Bölmədən verilən məlumata görə, jurnalist “Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə aralarında baş verən insident zamanı saxlanılıb.
Hazırda bölmədən onlardan izahat alınır.
Qeyd edək ki, jurnalist “Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun