Jurnalist Pərviz Həşimli cərimə olunub

Jurnalist Pərviz Həşimli cərimə olunub
20 Avqust 2016
Mətni dəyiş
Ötən gün saxlanılan “Gününsesi.info” saytının baş redaktoru Pərviz Həşimli cərimə olunub.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə Pərviz Həşimli və Zöhrab Muradovun hər biri 50 manat məbləğində inzibati qaydada cərimə olunub.
Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılıb.
Daha əvvəl jurnalist “Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun