İsveçrə Avropa İttifaqı üzvlüyünə dair müraciətini geri götürüb

İsveçrə Avropa İttifaqı üzvlüyünə dair müraciətini geri götürüb
3 Avqust 2016
Mətni dəyiş
Ötən həftənin çərşənbə günü Avropa İttifaqına İsveçrədən ittifaqın təsisatlarına qoşulmasına dair 1992-ci ildə etdiyi müraciətin geri götürülməsi barədə rəsmi bildiriş daxil olub.
"İsveçrə ilə ittifaq arasındakı münasibətlər ikitərəfli razılaşmaların əsasında qurulduğu üçün bu hadisə əlaqələrin zəifləməsinə heç bir təsir göstərməyəcək". Bu sözləri Aİ nümayəndəsi jurnalistlərə açıqlaması zamanı deyib.
Xatırladaq ki, İsveçrə 1992-ci ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Lakin isveçrəlilər həmin tarixdə keçirilmiş referendumda Avropa İqtisadi Sahəsinə qoşulmağın əleyhinə səs verib. O vaxtdan dayanan inteqrasiya prosesinin bu günlərdə hansı yol alacağı maraqla gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun