İstanbulun sabiq valisi həbs olunub

Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından kütləvi həbslər davam edir.
Çevrilişə cəhddə günahlandırılanlardan biri olan sabiq İstanbul valisi Hüseyn Avni Mutlu həbs olunub.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Hüseyn Avni Mutlunun evində axtarış aparıldıqdan sonra keçmiş vali polis nəzarətinə götürülüb. Ardınca məhkəməyə çıxarılan Mutlu digər 9 nəfər ilə birlikdə Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verdikləri üçün həbs ediliblər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-i baş verən hadisələrdə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
MƏNBƏHürriyet
Əvvəlki məqalə“Qəbələ”dən tarixi qələbə – VİDEO
Növbəti məqalədə“Silahın qundağı ilə hamını vurur, təpikləyirdilər”