İslam Kərimov xəstəxanaya yerləşdirilib

İslam Kərimov xəstəxanaya yerləşdirilib
29 Avqust 2016
Mətni dəyiş
Özbəkistan prezidenti İslam Karimov xəstəxanaya yerləşdirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumətin məlumatına görə, İslam Karimov “lazimi tibbi müalicə” almalıdır.
Amma avqustun 28-də yayılan məlumatdaİslam Karimovun xəstəxanaya düşməsinin səbəbi və orda nə qədər qalacağı barədə məlumat verilmir.
Karimovun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ancaq hökumət açıqlamasında konkret xəstəlikdən bəhs etməyib.
AzadlıqRadiosunun rəsmi mənbələrdən aldığı məlumata görə, İslam Karimov bir neçə gündür ki, ağır xəstədir.
Onun sentyabrın 1-də Özbəkistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə keçiriləcək mərasimdə iştirakı planlaşdırılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun