İranla Azərbaycan arasında ekologiyanın qorunması ilə bağlı sənəd imzalanacaq

İranla Azərbaycan arasında ekologiyanın qorunması ilə bağlı sənəd imzalanacaq
10 Avqust 2016
Mətni dəyiş
“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının katibliyi Bakıda fəaliyyət göstərəcək.
Bu sözləri İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib.
“Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə razılaşdıq ki, Xəzər dənizinin çirklənməsinin azaldılması və dənizin ətraf mühitinin qorunması məqsədi ilə iki ölkə müştərək iş aparsın. Həmçinin razılıq əldə olunub ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının katibliyi Bakıda fəaliyyətə başlasın və dənizin ətraf mühitinin qorunması sahəsində işlər icra olunsun”, - deyə o qeyd edib.
M. Ebtikar deyib ki, sərhəd bölgələrinin ətraf mühitinin qorunması sahəsində əməkdaşlığı, ekspertlərin təlimləri və təcrübə mübadiləsi sahəsində sənəd imzalanacaq. “Ümid edirəm ki, prezident Həsən Ruhaninin Bakıdakı görüşündən sonra iki ölkə arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq daha da genişlənəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun