İranda 20 sünni məhbus edam edilib

İranda 20 sünni məhbus edam edilib
4 Avqust 2016
Mətni dəyiş
İran terror ittihamları ilə həbs edilən 20 sünni məhbusu edam edib. Ölkə mətbuatının verdiyi xəbərə görə, onlar müxtəlif qətlləri həyata keçirməkdə və milli təhlükəsizliyə xələl gətirməkdə ittiham edilirlər.
Baş Prokuror Məhəmməd Cavad Montazeri məsələ ilə bağlı açıqlama verib: “Bu insanlar cinayət törədiblər.. Qadın və uşaqları qətlə yetirib, milli təhlükəsizliyə qarşı hərəkət edib və bəzi kürd bölgələrində sünni dini liderləri öldürüblər”.
M.C.Montazerinin sözlərinə görə bütün edamlar çərşənbə axşamı həyata keçirilib.
Qeyd edək ki, İran keçən il təxminən 1000 nəfərin edamını həyata keçirməklə Çindən sonra ən çox edam icra etmiş ikinci ölkə olub.
İnsan haqları qrupları İranda xüsusən azyaşlıların edamından narahatlıqlarını bildiriblər.
Amnesty İnternational keçən il digər bir oğlanı zorladığına görə həbs edilmiş Həsən Əfşarinin edam edildiyini bildirib. Həbs edilərkən onun 17 yaşı olub.
Təşkilatın bildirdiyinə görə, məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmü qərarları “müstəqil və qərəzsiz olmadığı üçün” bu sahədəki artım narahat edicidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun