İran yeni raketdən müdafiə sistemini işə salır

İran yeni raketdən müdafiə sistemini işə salır
22 Avqust 2016
Mətni dəyiş
İran ilk dəfə olaraq ölkədə qurulmuş uzaqmənzilli raketdən müdafiə sisteminin fotolarını yayıb.
"Bavar-373" adlı sistemin fotolarını avqustun 21-də İranın xəbər agentlikləri yayıb. Fotolarda prezident Hassan Rouhani və müdafiə naziri Hossein Dehghan müdafiə sisteminin qarşısında görüntüləniblər.
Dövlət mediasının məlumatına görə, Rouhani sistemin qurulduğu obyekti gəzib. Dehghan deyib ki, "Bavar-373" qanadlı raketləri, dronları, hərbi təyyarələri və ballistik raketləri aşkarlamaqdan ötrü yaradılıb.
Televiziya ilə çıxışında Rouhani deyib ki, İranın hərbi büdcəsi ötən illə müqayisədə iki dəfədən çox artıb.
"Dünya gücləri ilə birlikdə danışıqlar masası ətrafında müzakirə apara biliriksə, bu, milli gücümüz, milli vəhdətimiz hesabınadır", - Rouhani deyib. O, həmçinin İran istehsalı olan qırıcılar üçün ilk mühərrik barədə məlumat verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun