İran və İraq qazları Azərbaycandan keçməklə Avropaya nəql edilə bilər

İran və İraq qazları Azərbaycandan keçməklə Avropaya nəql edilə bilər
29 Avqust 2016
Mətni dəyiş
"Azərbaycan İraq və İran qazının Trans-Anadolu qaz kəmərinə (TANAP) qoşulmaqla Avropaya nəqlini istisna etmir".
Bu sözləri bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransında çıxış edən energetika nazirinin müavini Natiq Abbasov deyib.
N.Abbasovun sözlərinə görə, Azərbaycan TANAP-ın əsas təşəbbüskarlarındandır: “Hazırda Azərbaycan İran qazının da öz ərazisi ilə nəql olunaraq TANAP-a qoşulub buradan Avropaya nəqli imkanlarına baxır. Azərbaycan və İran arasında İran qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var”.
Nazir müavini qeyd edib ki, İraqla İran arasında da belə infrastruktur var: “Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və TANAP-a qoşulmaqla (Türkiyə ərazisi) Avropaya ötürülə bilər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun