İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi artıb

İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi artıb
10 Avqust 2016
Mətni dəyiş
İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 2,5 dəfə artıb. Bu barədə İranın energetika naziri Həmid Çitçiyan açıqlama verib.
Nazirin sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötücü xətləri istismara verilib: "Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata çatdırıb".
İran rəsmisi həmçinin "Azərenerji" rəhbərliyi ilə elektrik enerjisi sahəsində əməkdaşlığın artırılması istiqamətində birgə işlər nəzərdə tutulduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun