İran höküməti Pokemon Go oyununu qadağan edib

İran höküməti Pokemon Go oyununu qadağan edib
6 Avqust 2016
Mətni dəyiş
İranda hakimiyyət orqanları heç bir səbəb açıqlanmadan dünyada sürətlə yayılan Pokemon Go aplikasiyasını qadağan edib.
Bu haqda qərarı internet fəaliyyətlərinə nəzarət edən Virtual Fəzalar Ali Şurası qəbul edib.
Aplikasiyadan təhlükəsizliklə əlaqədar narahatlıq ifadə etmiş bir neçə başqa ölkələr olsa da, İran Pokemon Go oyununa konkret olaraq rəsmi qadağa qoyan ilk ölkə olub.
Pokemon Go oyununun qaydalarına görə iştirakçılar real dünyanın müxtəlif məkanlarında multiplikasiya tipli məxluqları tapmalıdırlar.
İranda internetdən istifadəyə məhdudiyyət olsa da, son həftələrdə iranlılar bu oyunu sosial medialarda müzakirə edirdilər.
Bəzi xəbərlərə görə İranın hakimiyyət orqanları oyun yaradıcılarının “əməkdaşlığa” nə dərəcədə hazır olduqlarını gözləyirdilər və qadağanı yalnız bundan sonra qoyublar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun