"İnsanların dollara olan tələbatının leqal yollarla qarşılamaq lazımdır"

"İnsanların dollara olan tələbatının leqal yollarla qarşılamaq lazımdır"
26 Avqust 2016
Mətni dəyiş
Son günlər yenidən dolların banklardakı satışında ciddi problemlər yaranır. Dərs ilinin yaxınlaşması və Bakıya olan tələbə axını dollara tələbatı daha da artırıb. Bazarda dollar qıtlığının yaranmasının başqa bir səbəbi isə hökumətin bazara dollar buraxmamasıdır. Bütün bu səbəblər “qara bazar”ları aktivləşdirib. Hökumət isə artıq “qara bazar” satıcılarını həbs etməyə başlayıb.
Vəkil Əsabəli Mustafayev Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, ölkədə dollara olan tələbat, təklifi 2 rəqəmli həddində üstələyir: “Bir çox ekspert valyutadəyişmə məntəqələrinin bağlandığı vaxtda qeyd edirdilər ki, bu addım “qara bazar”ların yaranmasına şərait yaradacaq. Təbii ki, ölkədə dollara olan tələbatın ödənilməməsi insanları dolları hər nə yolla olursa olsun əldə etməyə sövq edir. İqtisadçı ekspertlərin fikrincə ölkədə dollara olan tələbat təklifi 2 rəqəmli həddində üstələyir. Bu da təbii ki, bu cür durumun reallaşmasını zəruri edir. Bu baxımdan indiki halda “qara bazar”a müdaxilələr bu prosesin qarşısını almayacaq. Bu məsələlər hüquqi müstəvidə deyil, iqtisadi müstəvidə öz həllini tapmalıdır. Geniş imkanlar verilməli və rəqabətli mühit formalaşdırlmalıdır. Valyutadəyişmə sahəsində ciddi addımlar atılmalıdır. İnsanların dollara olan tələbatının leqal yollarla qarşılamaq və prosesi tənzimləmək olar. Bu addımlardan sonra repressiyalara da ehtiyac qalmaz”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun