İlin ən çox qazanan yazıçılarının siyahısı açıqlanıb

“Forbes” jurnalı 2016-cı ildə ən çox qazanan yazıçıların siyahısını açıqlayıb. Siyahıya həyəcan dolu detektiv romanlar yazan James Patterson başçılıq edir. Onun bu ilki gəliri nə az, nə çox 95 milyon dollardır.
Özü də yazıçı heç də bütün qazancını kitablarının çapından götürməyib, belə ki, bu il onun əsas qazanc mənbəyi romanı əsasında çəkilmiş ABŞ-ın nüfuzlu CBC kanalında yayımlanan “Zoopark” adlı trillerdən olub.
Pattersondan sonra siyahıdakı ikinci yeri 19,5 milyon dollar qazancla Jeff Kinney tutub. Jeff Kinneyin əsas gəliri uşaqlar üçün yazdığı kitab seriyası olub.
Kinney “Forbes”ə deyir ki, “Wimpy Kid”in gündəlikləri şəklində yazdığım kitabı yuxarı yaş qrupu üçün komik ədəbiyyatı hesab edirdim, ancaq naşirim mənə dedi ki, yazdıqlarım uşaq ədəbiyyatı seriyasıdır. Deməli, uşaqların səviyyəsində yazmağa çalışmasan, uşaqlar tərəfindən sevilmək şansın daha çox olar.
Sonrakı yerdə əfsanəvi “Harry Potter” seriyasının müəllifi J. K. Rowling qərarlaşıb. Onun bestseller kitabın və çox baxılan “Harry Potter” filminin müəlliflik haqlarından qazandığı ümumilikdə 19 milyon dollar olub.
Tam siyahı aşağıdakı kimidir:
1. James Patterson $95m
2. Jeff Kinney $19.5m
3. JK Rowling $19m
4. John Grisham $18m
5. Stephen King $15m
6. Danielle Steel $15m
7. Nora Roberts $15m
8. EL James $14m
9. Veronica Roth $10m
10. John Green $10m
11. Paula Hawkins $10m
12. George RR Martin $9.5m
13. Dan Brown $9.5m