İlham Əliyev Putini evinə dəvət edib

İlham Əliyev Putini evinə dəvət edib
9 Avqust 2016
Mətni dəyiş
Avqustun 8-də prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.
Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını qeyd ediblər. Bu tədbirin ölkələr arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun