Hüquq-mühafizə orqanları "Petkim"ə məxsus obyektlərdə axtarışlar aparır

Hüquq-mühafizə orqanları "Petkim"ə məxsus obyektlərdə axtarışlar aparır
2 Avqust 2016
Mətni dəyiş
"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan bölgəsində yerləşən bir neçə obyektdə İzmir hüquq-mühafizə orqanları rəhbərliyi ilə xüsusi əməliyyat keçirilir.
Aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbi kimi şirkətin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə iddia edilən əlaqəsidir. İzmir polisinin şirkətin hansı işçilərini saxladığı barədə məlumat verilmir.
Qeyd edək ki, 1965-ci ildə yaradılan Petkim şirkəti 2008-ci ildə özəlləşdirilib. Şirkət 4,2 milyardlıq büdcəsi ilə Türkiyənin ən böyük 500 sənaye qurumu arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, "Petkim (PetroKimya) Holding"in əsas payçısı 51 faiz hissə ilə Azərbaycan Dövlət Neft Şirkətidir.
57a03dac67b0a91458a2b3c1 57a03dac67b0a91458a2b3c8  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun