Hökumət “Daşkəsən Filizsaflaşdırma Kombinatı” ASC-nin özəlləşdirilməsini istəyir

Hökumət “Daşkəsən Filizsaflaşdırma Kombinatı” ASC-nin özəlləşdirilməsini istəyir
16 Avqust 2016
Mətni dəyiş
Hökumət “Daşkəsən Filizsaflaşdırma Kombinatı” ASC-ni 1 milyard dollar qarşılığında etibarlı əllərə vermək istəyir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən, bunun üçün tender keçirilir. Daha sonra isə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçi seçiləcək.
Məsləhətçinin vəzifələrinə müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi; potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun hazırlanması daxildir.
Qeyd edək ki, dövlət uzun müddətdir ki, müəssisəni modernləşdirmək istəyir. Amma dəmir filizinin kəskin ucuzlaşması (1 tonu $146-dan $59,83-a – 12 avqust 2016) ixrac niyyətinə təsir edib.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ümumi ixracat $3,82 mlrd olub. Filiz ixracı $6,54 mln və ya 104 min ton təşkil edib. Bu, ötən ilkindən iki dəfə çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun