Gəncədə 17 yaşlı qızın əməliyyat zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Gəncədə 17 yaşlı qızın əməliyyat zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
23 Avqust 2016
Mətni dəyiş
Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda A. Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 1999-cu il təvəllüdlü Aygün Orucova şəhərdə olan özəl tibb mərkəzlərinin birində burundan əməliyyat olunan zaman dünyasını dəyişib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun