Fuad Həsənovun səhhəti ağırlaşıb

Fuad Həsənovun səhhəti ağırlaşıb
4 Avqust 2016
Mətni dəyiş
Azərbaycan demokratik ictimaiyyətinin görkəmli nümayəndələrindən biri, “Demokratik monitor” QHT-nin rəhbəri Fuad Həsənov ağır xəstələnib. Əvvəlcə həkimlər səhvən görmə qabiliyyəti ilə bağlı problem diaqnozu qoyublar.
Doğmalarının sözlərinə görə, iyunun 27-də o, Türkiyədə əməliyyat olunub, amma vəziyyəti pisləşib və güclü baş ağrıları başlayıb. Bir gün sonra yenidən əməliyyat olunub, amma doğmalarını tanımamağa başlayıb.
Bakıya qayıtdıqdan sonra yaddaşı müvəqqəti bərpa olunub və həkimlər “dağınıq skleroz” diaqnozu qoyublar. Amma bir müddət sonra vəziyyəti yenidən pisləşib.
Hazırda Fuad Həsənov “Avrasiya” klinikasının reanimasiya şöbəsindədir və əvvəlki kimi heç kimi tanımır. Analizləri müxtəlif ölkələrə göndərilib. Doğmaları cavab gözləyir.
Fuad Həsənova maddi yardım göstərmək istəyənlər Azərbaycan Beynəlxalq Bankındakı hesablara pul köçürə bilərlər:
AZ64IBAZ33811019789278105216 (Avro)
AZ84IBAZ33811018409278105216 (Dollar)
AZ63IBAZ33801019449278105216 (Manat)
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun