FİFA Ramil və Eminlə bağlı müraciətimizi qəbul edib

FİFA Ramil və Eminlə bağlı müraciətimizi qəbul edib
5 Avqust 2016
Mətni dəyiş
FIFA Futbolçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Trabzonspor"un futbolçusu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qərarda qeyd edilib ki, AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu haqda UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, FİFA hazırda Portuqaliyanın “Boavista” klubunun futbolçusu olan digər azərbaycanlı - Emin Mahmudovla bağlı da qərar verib. Qərarda bildirilib ki, AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
Futbolçu Emin Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun