Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verib

Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verib
26 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq.
Xatırladaq ki, avqustun 22-də Nəsimi Rayon Məhkəməsində F.Əmirli barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda istintaq orqanının verdiyi təqdimat təmin edilib, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun