Erdoğan: İtaliya oğlumdan əl çəkib öz mafiyası ilə məşğul olsun

Erdoğan: İtaliya oğlumdan əl çəkib öz mafiyası ilə məşğul olsun
3 Avqust 2016
Mətni dəyiş
Oğlu Bilal Erdoğan haqqında İtaliyada aparılan istintaqla bağlı "İtaliya öz mafiyası ilə məşğul olsun" deyən Türkiyənin prezidenti Tayyip Erdoğana İtaliyanın baş naziri Matteo Renzidən cavab gəlib:
"İtaliya qanunları konstitusiyaya görə qərar verir, Türkiyənin prezidentinə görə deyil".
İtaliyanın RAİ televiziyasına müsahibə verən Erdoğan oğlu ilə bağlı yayılan xəbərlərdən danışıb:
"Mənim oğlum İtaliyanın Bologna şəhərində doktorantura təhsili alır. Ancaq indi ora getsə, bəlkə də şəhərə daxil olan kimi onu həbs edəcəklər. Mənim oğlum parlaq bir adamdır, amma çirkli pul yumaqda ittiham olunur. Oğlumdan əl çəkib öz mafiyaları ilə məşğul olsunlar".
Daha sonra İtaliyanın PKK-ya verdiyi dəstəkdən danışan Türkiyə prezidenti iki ölkə arasındakı münasibətlərin pozula biləcəyini vurğulayıb: "PKK-ya həmin şəhərdə mitinqlər üçün icazə verilir, onların yerləşdiyi ərazilərdə məni diktator elan ediblər. İtalyan rəsmiləri isə bütün bunlara müdaxilə etmir. Niyə müdaxilə etmirlər? Budurmu hüquq dövləti? Bu məsələlər bizim İtaliya ilə münasibətlərimizi poza bilər".
Erdoğanın bu ittihamlarına İtaliyanın baş naziri Matteo Renzi "twitter" vasitəsi ilə cavab verib: "Bu ölkədə hakimlər İtaliya qanunlarına, konstitusiyaya görə qərar verir, Türkiyə prezidentinə görə deyil. Bu hüququn üstünlüyüdür."
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun