Elgiz Qəhrəmanın şikayətinə 18 avqustda baxılacaq

Elgiz Qəhrəmanın şikayətinə 18 avqustda baxılacaq
16 Avqust 2016
Mətni dəyiş
Nida Vətəndaş Hərakatının həbs edilən üzvü Elgiz Qəhraman barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Nərimanov rayon məhkəməsinin 13 avqust 2016-ci il tarixli qərarından apellyasiya şikayəti verilib.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsindən 18 avqust 2016-ci il saat 11.30-da baxılacaq.
Namazlı qeyd edib ki, Elgiz Qəhrəmanın şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun