Elgiz Qəhrəman kimdir? (fotolar)

Elgiz Qəhrəman kimdir? (fotolar)
16 Avqust 2016
Mətni dəyiş
Qəhrəman Elgiz Camal oğlu 1986-cı ilin noyabr ayının 1-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 2004-cü ildə ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib.
Bakalavr təhsilini Ankara Üniversiteti Siyasi Bilimlər Fakultəsi, Beynəlxalq Əlaqələr bölümündə alıb. Paralel olaraq Anadolu Universiteti Açıq Öyrətim Fakultəsi Xarici Ticarət bölümündə oxuyub. Türkiyədə təhsilini başa vurandan sonra Bakıda riyaziyyat və məntiqdən abituriyentlərə dərs deyirdi.
2004-2013 illərdə Ankarada aktiv şəkildə diaspora işləri ilə məşğul olub. Ankara Universiteti nəzdində fəaliyyət göstərən “Araz” təşkilatının üzvü, daha sonra isə “Türkaz” təşkilatının qurucu üzvü olub. Həmin təşkilatın başqan yardımcısı görəvində çalışıb.
2009-2010-cü illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Tələbə və Məzunlar Birliyi təşkilatının mediya və ictimai əlaqələr sorumlusu olaraq çalışıb. Ankarada olduğu 9 il ərzində bir çox tədbirlərin təşkilatçısı kimi tanınıb.
Belə ki, bu illər ərzində 31 yanvar M.Ə.Rəsulzadənin doğum günü və 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günün bayram törənlərində M. Ə. Rəsulzadəni anma və məzarının ziyarət olunmasını, Xocalı soyqırımının ildönümlərində anım mərasimləri və mitinqlər təşkil edib.
Elgiz Qəhrəman Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu Türkistan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda aktiv şəkildə iştirak edib.
Gənc fəal 2015-ci ildən Nida Vətəndaş Hərəkatının üzvüdür və son parlament seçkilərində hərəkatın namizədlərindən biri olub.
Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman Elgiz Qəhrəman  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun