Dağıstanda polislə atışmada iki silahlı öldürülüb

Dağıstanda polislə atışmada iki silahlı öldürülüb
24 Avqust 2016
Mətni dəyiş
Dağıstanın Şamil rayonunda polis əməkdaşları ilə atışma zamanı iki silahlı öldürülüb.
Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, polisin sənəd təqdim etmək tələbindən sonra silahlılar atəş açıblar. Daha sonra polislərlə silahlılar arasında atışma olub, insident zamanı atəş açan silahlılar öldürülüb.
Öldürülən şəxslərin yerli silahlı dəstənin fəal üzvləri olduğu bildirilir. Onların üzərindən silah-sursat götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun