Clinton: "Partiyamızın serverini Rusiya xüsusi xidmət orqanları sındırıb"

Clinton: "Partiyamızın serverini Rusiya xüsusi xidmət orqanları sındırıb"
2 Avqust 2016
Mətni dəyiş
ABŞ prezidentliyinə namizədliyini verən Clinton Rusiya ilə bağlı növbəti açıqlamalar edib. Clinton çıxışı zamanı Demokratlar Partiyasının Milli Komitəsinin serverinin sındırılmasında Rusiya xüsusi xidmət orqanlarını ittiham edib: "Biz bilirik ki, serveri Rusiya xüsusi xidmət orqanları sındırıb və ələ keçirilən məktubların bir çoxunun dərc olunmasına şərait yaradıblar".
Clinton yekun hissədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan rəqibi Donald Trump-ı Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəklədiyinə görə tənqid edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun