Çində "gələcəyin avtobusu" istifadəyə verilib - fotolar

Çində "gələcəyin avtobusu" istifadəyə verilib - fotolar
5 Avqust 2016
Mətni dəyiş
Bu nəhəng qurğu gələcəkdən gəlmiş kimi görünə bilər, lakin bu həftə Çinin çoxdan gözlənilən “ayaqlı avtobusu” Hebei əyalətində sınaq üçün istifadəyə verilib.
Transit Elevated Bus (TEB) adlanan avtobus avtomobillərin üzərindən keçib gedir və onların avtobusun alıtından hərəkət etməsinə imkan verir.
Elektriklə işlyən avtobus 300 sərnişini daşıya bilər. Onun uzunluğu 21 metr, eni isə 7,6 metrdir. May ayında avtobusun kiçik modeli təqdim olunanda böyük həyəcana səbəb olmuşdu.
Avtobus sınaq üçün Qinhaugdao şəhərində 300 metrlik nəzarət olunan yolda hərəkət edib. Onun saatda 60 km məsafəyədək gedəcəyi gözlənilir. Avtobus yolboyu çəkilmiş xüsusi relslərlə hərəkət edir.
gələcəyin avtobusu 2 5 4 8  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun