Çində “gələcəyin avtobusu” istifadəyə verilib – fotolar

Bu nəhəng qurğu gələcəkdən gəlmiş kimi görünə bilər, lakin bu həftə Çinin çoxdan gözlənilən “ayaqlı avtobusu” Hebei əyalətində sınaq üçün istifadəyə verilib.
Transit Elevated Bus (TEB) adlanan avtobus avtomobillərin üzərindən keçib gedir və onların avtobusun alıtından hərəkət etməsinə imkan verir.
Elektriklə işlyən avtobus 300 sərnişini daşıya bilər. Onun uzunluğu 21 metr, eni isə 7,6 metrdir. May ayında avtobusun kiçik modeli təqdim olunanda böyük həyəcana səbəb olmuşdu.
Avtobus sınaq üçün Qinhaugdao şəhərində 300 metrlik nəzarət olunan yolda hərəkət edib. Onun saatda 60 km məsafəyədək gedəcəyi gözlənilir. Avtobus yolboyu çəkilmiş xüsusi relslərlə hərəkət edir.

gələcəyin avtobusu

2 5

4

8

 

MƏNBƏBBC
Əvvəlki məqaləMəhkəmə Fətullah Gülənin həbsinə qərar verib
Növbəti məqalədəClinton və Trump 538 seçicinin 270 səsi uğrunda mübarizə aparır