Can Dündar: Ədliyyə sisteminə inanmaq "başını gilyotin altına qoymağa bənzəyər"

Can Dündar: Ədliyyə sisteminə inanmaq "başını gilyotin altına qoymağa bənzəyər"
16 Avqust 2016
Mətni dəyiş
Dövlət sirrini açmaqda ittiham olunaraq həbslə üzləşən müxalif "Cumhuriyet" qəzetinin redaktoru Can Dündar istefa verib.
Dündar bildirib ki, 15 iyul çevrilişə cəhddən sonra ədliyyə sisteminə inanmaq “başını gilyotin altına qoymağa bənzəyər”, çevrilişə cəhddən sonra Türkiyə hökuməti mətbuata təzyiqləri artırıb.
May ayında cənab Dündar beş il müddətinə azadlıqdan məhrum edilib, lakin apellyasiya şikayətinə baxılanadək azad edilib. Onun ölkəni tərk etdiyi ehtimal olunur.
O və həmkarları Türkiyə xüsusi xidmət orqanlarının Suriyadakı üsyançılara silah verdikləri barədə xəbərləri dərc etdiyinə görə məhkum ediliblər.
Almaniyada olduğu güman edilən cənab Dündar Cumhuriyet qəzetinə yazıb ki, ölkədə fövqəladə vəziyyət aradan qaldırılmayanadək təslim olmayacaq.
15 iyulda baş vermiş çevrilişə cəhdin ardından 23000-dən çox insan saxlanılıb və ya həbs edilib və 82000 dövlət qulluqçusu vəzifəsindən azad edilib.
Türkiyə hökuməti həmçinin bir sıra media qurumlarını da bağlayıb, bəzi jurnalistləri həbs edib, bir qisim jurnalistin isə ölkədən çıxmasına qadağa qoyub. Çevrilişə cəhd zamanı 240 nəfər həlak olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun