Bu gün “Azadlıq” qəzeti satışda olmayacaq

Bu gün “Azadlıq” qəzeti satışda olmayacaq
29 Avqust 2016
Mətni dəyiş
“Azadlıq” qəzetinin növbəti sayı çap olunmayacaq.
Bu sözləri AzadlıqRadiosuna müsahibəsində qəzetin baş redaktor əvəzi Rahim Hacıyev bildirib: “Qəzet çap olunmadığı üçün bu gün satışımız olmayacaq”.
Onun sözlərinə görə, səbəb maliyyə problemləri ilə bağlıdır. Ancaq qəzet rəhbərliyi 30 avqustda növbəti sayın çapına ümidlə yanaşır.
Rahim Hacıyev deyib ki, qəzet kağız formasında dərc olunmasa da, sayt əvvəlki qaydada öz fəaliyyətini davam edəcək, yəni “Azadlıq” oxucuları yeni materialları saytdan oxuya bilərlər.
Əsasən hakimiyyətin tənqidi ilə tanınan “Azadlıq” qəzeti müxtəlif dövrlərdə maliyyə çətinlikləri ilə qarşılaşıb, bəzən günlərlə çapını dayandırıb.
Qəzet rəhbərliyi bildirir ki, yayım firmalarının onlara minlərlə manat borcu var, ancaq bu borcu ala bilmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun