Braziliyada etiraz aksiyaları başlayıb

Braziliyada etiraz aksiyaları başlayıb
2 Avqust 2016
Mətni dəyiş
Yüzlərlə nümayişçi Rio De Janeronun mərkəzində toplaşaraq prezident Dilma Rousseff-i (Dilma Russef) müvəqqəti əvəzləyən Michel Temer-in (Mişel Temer) hökumətinə qarşı aksiya keçiriblər.
Rousseff-in tərəfdarları şəhərin mərkəzi küçələrində “Temerə istefa!” şüarları səsləndiriblər və əsas meydana doğru irəliləyiblər.
temer
Rousseff may ayında maliyyə qanunlarını bilərəkdən pozduğu üçün vəzifəsindən kənarlaşdırılmışdı. Senat avqust ayında onun tamamilə prezidentlik səlahiyyətinə son verilib-verilməməsinə dair qərar çıxaracaq.
81 senatordan 54-ü onun əleyhinə səs verərsə, Rousseff prezidentlik vəzifəsindən azad ediləcək və onu müvəqqəti əvəzləyən Temer isə 2018-ci ilin sonunadək prezidentlik vəzifəsini icra edəcək.
Temerin avqust ayının 5-i Yay Olimpiya Oyunlarının açılışını edəcəyi gözlənilir. Russefin müttəfiqləri Açılış Mərasimində etiraz aksiyaları keçirməyi qərar alıblar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun