Boş yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır

Boş yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır
30 Avqust 2016
Mətni dəyiş
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sabah - 31 avqust saat 17:00-da başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 30 avqust saat 12:30-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Avqustun 31-i saat 17:00-dək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun