Bir qrup inanclı şəxsə hökm oxunub

Bir qrup inanclı şəxsə hökm oxunub
4 Avqust 2016
Mətni dəyiş
3 avqustda Sabunçu Rayon Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısında toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib.
Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri xəbər verir ki, Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə dindarlara hökm oxunub.
İttiham olunan 6 şəxs - Rzayev Sahil Xalid oğlu (6 il 5 ay 15 gün), Vəliyev Niftəli Əşrəf oğlu (5 il 11 ay 10 gün), Əliyev Anar Yusif oğlu (5 il 11 ay), Bünyadov Elvin Hatif oğlu (6 il 1 ay 15 gün), Əhmədov Lətif Süleyman oğlu (5 il 11 ay 20 gün) və Osmanov Teymur Adilxan oğlu (5 il 11 ay 15 gün) azadlıqdan məhrum ediliblər.
Dindarlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz hesab edirlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun