Bavariyanın keçmiş futbolçusu Azərbaycan millisini seçdi

Bavariyanın keçmiş futbolçusu Azərbaycan millisini seçdi
21 Avqust 2016
Mətni dəyiş
Türkiyənin Bursaspor komandasında oynayan Deniz Yılmazın futbol üzrə Azərbaycan milli komandasında oynaması üçün edilən təklifi qəbul etdiyi öyrənilib.
Bursasporun keçən sezon Trabzonspordan transfer etdiyi Deniz Yılmaz, 3 il əvvəl Azərbaycan milli komandasından təklif almışdı. Yılmaz, məqsədinin Türkiyə milli komandasında oynamaq olduğunu irəli sürərək edilən təklifi geri çevirmişdi. Ancaq Türkiyə millisən çağırılmadığı üçün Azərbaycan millisinin rəsmilərinin təklifini qəbul etdiyi bildirilib.
Ötən sezon Bursasporun formasını geyinən Yılmaz Türkiyə Super Liqasında oynadığı 13 oyunda 6 qol, 4 asistlə oynamışdı.
Xatırladaq ki, Azərbaycan əsilli Türkiyə vətəndaşı Deniz Yılmaz 1988-ci ildə Almaniyada dünyaya gəlib. Almaniyada SS ULM, Bavariya və Mainz komandalarında oynadıqdan  sonra Türkiyəyə transfer olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun