Batumiyə gedənlərin sayı artır

Batumiyə gedənlərin sayı artır
7 Avqust 2016
Mətni dəyiş
Bakıdan Batumiyə bü gunədək 225 sərnişin yola salınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fins.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə daha 343 nəfər sərnişin yola düşəcək.
Ayrı-ayrı günlərdə Batumiyə bilet alan sərnişinlərin sayını təqdim edirik. 5 avqustda 72 nəfər artıq yola düşüb, 8 avqustda 110, 10 avqustda 65, 12 avqustda 64, 15 avqustda isə 32 nəfər sərnişin yola düşəcəklər. Xatırladaq ki, Gürcüstanın Nəqliyyat Nazirliyinin rəsmiləri də Bakl-Batumi avtobus reysinin fəaliyyətini müsbət qiymətləndiriblər.
Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin Antalya, Alanya, Bodrum və Kuşadası şəhərlərinə avtobus reysləri boş qalıb. DANX-dan bildirilib ki, həmin reyslərdən ancaq Antalya cəmi 6 nəfər yola salınıb. Digər reyslərə böyük maraq göstərilsə də hələki bilet alan olmayıb.
Bu istiqamətdə reyslə maraqlanan çox olsa da hələki bilet alan olmayıb. DANX rəsmiləri bunu Türkiyədəki mövcud ictimai-siyasi vəziyyətlə və təhlükəsizlik tədbirləri ilə izah ediblər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun