Baş Prokurorluq “Gülənçi” adı altında SOCAR-ın işçilərini nəzərdə tutur?

Baş Prokurorluq “Gülənçi” adı altında SOCAR-ın işçilərini nəzərdə tutur?
16 Avqust 2016
Mətni dəyiş
Türkiyədə FETO terror təşkilatının məsələsi üzrə cinayət işi çərçivəsində "Petkim Petrokimya Holding A.Ş." şirkətinin saxlanılan 25 əməkdaşından 13-ü həbs edilib. Onlardan 12-i isə ölkədən çıxmamaq şərtilə azadlığa buraxılıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Keçmiş baş direktor Sadəddin Korkutla yanaşı “SOCAR Türkiyə”nin baş direktor müavini, əslən azərbaycanlı olan İlqar Mehmetoğlu, Petkim Petrokimya Holding A.Ş.-nin ictimaiyyətlə əlaqələr müdiri Memduh Taşlıcalı, insan resursları şöbəsinin müdiri Rakif Fərəcov, satınalma işləri şöbəsinin meneceri Səlim Bal, satış şöbəsinin meneceri İbrahim Aydın və başqaları həbs olunub.
S.Korkut iyulun 27-də vəzifəsindən çıxarılıb və məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, "Petkim Petrokimya Holding A.Ş." SC-nin nəzarət paketi Azərbaycanın SOCAR Dövlət Neft Şirkətinə məxsusdur.
Ötən gün Azərbaycan Baş Prokurorluğu Fetullah Gülenin Azərbaycandakı tərəfdarlarına qarşı cinayət işinin başlandığını bildirib. Lakin təfərrüatlar açıqlanmır.
Cinayət işinin hansı maddə ilə və konkret kimə qarşı açıldığı məlum deyil.
Türkiyədən daxil olan bugünkü məlumatlara görə, Azərbaycan Baş Prokurorluğu Gülənçiləri müxalifət düşərgəsində yox, SOCAR-da axtarmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun