Ban Ki-moon: BMT-nin yeni rəhbəri qadın olmalıdır

Ban Ki-moon: BMT-nin yeni rəhbəri qadın olmalıdır
17 Avqust 2016
Mətni dəyiş
Vəzifə müddətini yekunlaşdırmaq üzrə olan BMT rəhbəri özündən sonra təşkilatın başında qadın görmək istədiyini bildirib.
BMT-nin 70 ildən artıq tarixi ərzində quruma 8 kişinin başçılıq etməsi ardınca qadın rəhbərin vaxtı gəlib çatıb, Ban Ki-moon bildirib.
Vəzifəyə iddia edən 11 namizəddən 5-i qadındır.
Təhlükəsizlik Şurasına daxil olan 15 ölkə tərəfindən tövsiyə edilən namizəd 193 ölkədən ibarət Baş Məclis tərəfindən təsdiqlənir.
Yeni baş katibin adının payız aylarında elan olunacağı gözlənilir. Ənənəyə görə baş katib sıra ilə müxtəlif regionlardan seçilir.
Vəzifədə heç vaxt təmsil olunmayan Şərqi Avropa və Rusiya nümayəndələri yeni rəhbəri bu bölgədən seçməyə səsləyiblər.
Rəy sorğularında ən çox dəstək qazanan namizəd Portuqaliyanın keçmiş baş naziri, qaçqınların işi üzrə BMT agenliyinin sabiq rəhbəri Antonio Guterres-dir. İkinci və üçüncü yerlərdə isə Bolqarıstan nümayəndəsi İrina Bokova və argentinalı Susana Malcorra qərarlaşıb.
Namizədlərin siyahısı (əlifba sıralaması ilə):
  • Irina Bokova, Bolqarıstan
  • Helen Clark, Yeni Zelandiya
  • Christina Figueres, Kosta Rika
  • Natalia Gherman, Moldova
  • Antonio Guterres, Portuqaliya
  • Vuk Jeremic, Serbiya
  • Srgjan Kerim, Makedonia
  • Miroslav Lajcak, Slovakiya
  • Igor Luksic, Monteneqro
  • Susana Malcorra, Argentina
  • Danilo Turk, Slovenia
BMT 1945-ci ildə yaradılıb. Dövlətlərarası təşkilata 193 ölkə daxildir. Azərbaycan Respublikası quruma 1992-ci ildə üzv olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun